Prezident İlham Əliyev Nazirlər kabinetinin 2013 - cü ilin sosial - iqtisadi inkişafının yekunlarına və
2014 - cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20 - 21 milyarddollar investisiya qoyulurdu, arıtq 28 milyard dolllar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərməyəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir".